Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi təşkilatın Rusiyaya qarşı 2014-cü ildən tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqındakı diplomatik mənbədən məlumat verilib.
"Aİ səfirləri qurumun Rusiyaya qarşı iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması barədə razılığa gəliblər", - deyə mənbə qeyd edib.
Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.
Rəylər