Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Alla Puqaçovanın limuzinində "bomj"lar məksunlaşıblar
Ötən əsrin 90-cı illərində Alla Puqaçova 10 metrlik "Hummer" limuzini ilə Rusiya paytaxtını gəzən yeganə müğənni idi.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, çəhrayı salonlu ağ avtomobili müğənniyə doğum günündə Allanın həmin illərdə evli olduğu Filipp Kirkorov hədiyyə edib.
Boşandıqdan sonra Puqaçova nədənsə limuzini Kirkorova qaytarıb. Lakin sonuncu avtomobili sürməyib və hətta hərraca çıxarmaq barədə də fikirləşib.
Model unikal olduğundan, Amerikada sifarişlə hazırlanıb və 250 min avroya başa gəlib.
Sonradan Filip hərrac ideyasından imtina edib və avtomobili Rusiya Avtomobil Muzeyinə göndərmək qərarına gəlib. Ancaq bu da baş tutmadığından limuzin bütün bu illər ərzində ifaçının 92 yaşlı atasının həyətində dayanıb.
Üç ay əvvəl avtomobil yoxa çıxıb və yalnız təzəlikcə Krasnodar diyarında, tarlada tapılıb. Bir vaxtlar şou-biznes ulduzlarını daşıyan maşında indi evsizlər məskunlaşıblar. Maşının bütün kuzovu artıq paslanıb və model çoxdan dəbdən çıxıb.
"Alla Puqaçova" teqi üzrə xəbərlər
- Kirkorov Puqaçova ilə evli olduğu vaxtlardan nifrət etdiyi mahnıdan danışdı: "Studiyada dava etdik"
- Puqaçovanın Moskva ətrafındakı bağ evinə alıcı tapılıb
- Alla Puqaçovanın qəsri "Disneyland"ə çevriləcək?
- Alla Puqaçova uşaqlarını da götürüb Rusiyaya yollanır?
- Alla Puqaçovanın şok qərarı: Ulduz ailəsi ilə ünsiyyətdən imtina etdi
Rəylər