Sentyabrın 2-dən 13-dək Ermənistanda ABŞ Dəniz Piyadaları Korpusunun və Ermənistan Respublikası Müdafiə Nazirliyinin kibermüdafiə bölməsinin ekspertlərinin iştirakı ilə kibertəhlükəsizlik üzrə birgə təlimlər keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb.
İki həftə davam edən tədbirdə hər iki ölkənin mütəxəssisləri kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi aparıblar. Əsas diqqət şəbəkə təhlükəsizliyi, kibergigiyena və rəqəmsal məkanda yeni təhlükələrə qarşı mübarizə kimi əsas aspektlərə yönəldilib.
Rəylər