"Apple" şirkətinin "Apple Intelligence" bölməsi süni intellektin dəstəyi və digər təkmilləşdirmələrlə "iOS 18.1"i buraxıb.
Oxu.Az bildirir ki, bu barədə "9to5Mac" portalı məlumat verib.
Əsas yeniliklərə "WWDC"də təqdim edilmiş "Writing Tools", "Reduce Interruptions" və "Fotolar" tətbiqində redaktə alətləri kimi funksiyalarla "Apple Intelligence AI" sisteminin dəstəyi daxildir. Bu yeniliklər "iPhone 15 Pro", "Pro Max" və bütün "iPhone 16" seriyasında mövcuddur.
Mətn alətləri indi istənilən tətbiqdə mətni redaktə etməyə və optimallaşdırmağa imkan verir, "Reduce Interruptions" funksiyası isə istifadəçinin smartfona daha az diqqət yetirməsi üçün bildirişləri prioritetə görə çeşidləməyə kömək edir. "Fotolar" tətbiqində şəkillərdən lazımsız obyektləri silmək və təkmilləşdirilmiş axtarış imkanları əlavə edilib.
Siri səsli köməkçisi indi kontekstual fasilələri və sorğulardakı dəyişiklikləri başa düşə bilir, poçt müştərisində "Prioritet mesajlar" və "Ağıllı cavablar" əlavə edilib. Bundan əlavə, tətbiqlər üçün bildiriş xülasələri, eləcə də "Səs yazıcı" və "Qeydlər" üçün xülasələr artırılıb.
Eyni zamanda, "Apple" bəzi ölkələrdə üçüncü tərəf tərtibatçılar üçün NFC dəstəyini əlavə edib ki, bu da müxtəlif tətbiqlərdən istifadə edərək üçüncü tərəf ödənişlərini həyata keçirməyə, smartfona NFC teqlərini əlavə etməyə və s. imkan verəcək.
WWDC 2024 konfransında yayda elan edilmiş "ChatGPT" ilə inteqrasiya və şəkil generatoru kimi digər funksiyalar "iOS 18.2" yeniləməsində təqdim olunacaq.
Rəylər