31 yaşlı Azərbaycan vətəndaşı Polşanın paytaxtı Varşavada yerləşən Frederik Şopen Beynəlxalq Hava Limanında ehtiyatsızlıq nəticəsində yıxılaraq həyatını itirib.
Oxu.Az bu barədə Polşanın Tvn24.pl portalına istinadən xəbər verir.
Məlumatı Varşava Şəhər Prokurorluğunun sözçüsü Pyotr Skiba da təsdiqləyib.
O, həyatını itirən şəxsin hava limanına hadisədən bir neçə dəqiqə əvvəl qeydiyyatdan keçmək və digər ölkəyə səyahət etmək üçün gəldiyini bildirib. Lakin prokurorluq əməkdaşı ölən vətəndaşımızın ad və soyadını deməyib.
Ölüm hadisəsindən dərhal sonra hadisə yerinə müstəntiqlər dəvət olunublar. Cəsəd yarılmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Rəylər