Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BAEA-dan dağılmış Kaxovka bəndinin Zaporojye AES-ə təsiri ilə bağlı xəbərdarlıq
Kaxovka su anbarından Zaporojye Atom Elektrik Stansiyasına (AES) suyun axması davam edir.
Bu bəyanatla Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) çıxış edib.
Bildirilir ki, son fövqəladə vəziyyət reaktorların soyumasına təsir etməyib.
Açıqlamada deyilir ki, nasoslar hazırkı su səviyyəsində daimi olmasa da, işləməyə davam edir. Eyni zamanda, AES, kanal və böyük gölməçənin ətrafındakı anbarlarda bir neçə ay ərzində soyutmağa kifayət edəcək qədər su olduğu vurğulanıb.
O da qeyd edlib ki, bənd dağıdılandan sonra Zaporojye AES-in yaxınlığında nasosların yerləşdiyi anbarında suyun səviyyəsi 17 metrdən 11,27 metrə düşüb.
Qeyd edək ki, iyunun 7-də Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovka SES bəndi partladılıb. Ukraynanın “Cənub” operativ komandanlığı Su Elektrik Stansiyasının Rusiya tərəfindən partladıldığını açıqlayıb, rəsmi Moskva isə təxribatda əli olmadığını bəyan edib.
Mənbə: www.iaea.org
Rəylər