Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - VİDEO
Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri “Xarici təsirin şəffaflığı” qanununa etiraz aksiyasına qoşulublar.
Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Gürcüstana səfəri çərçivəsində dörd ölkənin xarici işlər nazirliklərinin rəhbərləri artıq Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze, eləcə də parlamentin sədri Şalva Papuaşvili, müxalifət və qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşüblər.
Mənbə: interpressnews.ge
Ən çox oxunanlar
Rəylər