Banqladeşin müvəqqəti hökuməti Xarici İşlər Nazirliyi vasitəsilə bir sıra ölkələrdəki səfirlərini, o cümlədən Rusiyadakı səfirini geri çağırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu qərar Rusiya, Almaniya, Maldiv adaları, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ və Yaponiyadakı səfirlərə şamil edilib.
Məlumata görə, yaxın vaxtlarda bu ölkələrə yeni diplomatik nümayəndələr göndəriləcək. Səfirlərin dəyişdirilməsi, Banqladeşin yeni hakimiyyət orqanları tərəfindən həyata keçirilən digər əhəmiyyətli administrativ dəyişikliklər fonunda baş verir.
Rəylər