"Venesuelada keçirilən prezident seçkisində bülletenlərin işlənməsi və nəticələrin elan edilməsində ciddi səhvlərə yol verilib və elan edilən nəticələr Venesuela xalqının iradəsini əks etdirmir".
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Venesuelada prezident seçkisi iyulun 28-də keçirilib. Milli Seçki Şurası (CNE) səslərin 80%-i hesablandıqdan sonra hazırkı Prezident Nikolas Maduronun 51,2%, onun əsas rəqibi, Demokratik Unitar Platformadan 74 yaşlı Edmundo Qonzales Urrutianın isə 44,2% səs topladığını açıqlayıb.
Blinken qeyd edir ki, CNE sübut təqdim etmədən Venesuelanın hazırkı Prezidenti Nikolas Maduronu qalib elan edib. Səslərin 100%-nin hesablanmasının nəticələrinə dair məlumatlar hələ dərc olunmayıb ki, bu da Karter Mərkəzinin monitorinq komissiyasının fikrincə, elan edilmiş nəticənin səhihliyini şübhə altına salır.
Rəylər