BMT-nin Təhlükəsizlik Şurasının bütün 15 üzvü Ebola virusunu dünya və təhlükəsizlik üçün təhlükə elan edən bəyanata yekdilliklə səs verib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, TŞ bütün dünya ölkələrini qərbi Afrikada Ebola epidemiyası ilə mübarizədə yardım etməyə çağırıb.
Bəyanatda, həmçinin Afrika dövlətlərinə Eboladan zərərçəkmiş ölkələrlə sərhədlərdə məhdudiyyətləri aradan qaldırmaq tövsiyə edilib, belə ki, onlar bununla ölkələrin izolə olunmasına və virus ilə mübarizəni zəiflədirlər.
BMT-nin Təhlükəsizlik Şurası tarixdə insanların sağlamlığının təhlükə altında olmasına dair keçirilən ilk iclas idi.
Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə Eboladan artıq 2600-dən çox adam həlak olub.
Rəylər