Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BMT güneyli siyasi məhbusla bağlı bəyanat yaydı: "Dərhal azad edilsin"
BMT-nin İran üzrə Müstəqil Faktaraşdırıcı Komitəsi İran hökumətindən Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının sahibini dərhal azad etməsini tələb edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, komitə bəyanatında qadın siyasi məhbusun fəaliyyətinə, həbs müddətinə və ona qarşı təzyiqlərə toxunub.
"Məlumatlara görə, həbsxana rəhbərliyi dəfələrlə Nərgiz Məhəmmədinin zəruri tibbi xidmətlərdən yararlanmasına icazə verməyib. Məhbuslar, xüsusən də hüquq müdafiəçiləri, jurnalistlər və yazıçıların tibbi ehtiyaclarına etinasız yanaşmaq İran hökumətinin geniş yayılmış və sistemli təzyiq modelinin bir hissəsinə çevrilib, bu davranışın dayandırılmasına çağırırıq",- deyə bəyanatda qeyd olunub.
Nərgiz Məhəmmədi bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
Rəylər