Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bir yaşlı Aydının nənəsi: "Qızım qəzada həlak olub, onun qoxusunu nəvəmdən alıram"
Bir yaşlı Aydının sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun nənəsi Aygün Ağayeva məlumat verib.
O bildirib ki, nəvəsinin dəstəyə ehtiyacı var:
"Aydının artıq bir yaşı var. Həkim müayinəsi zamanı onun qaraciyərində problem olduğunu öyrəndik. Onun analizlərini Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Həkim Aydının qaraciyər sirrozu ola biləcəyini, dəqiq müayinə üçün oraya getməyimizi tövsiyə etdi. Biz bir müddət öncə sizin saytın izləyicilərinin dəstəyi ilə oraya yollanıb müayinələrdən keçdik".
Nənə bildirib ki, Aydının anası doqquz ay əvvəl yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib:
"Qızım doqquz ay əvvəl, Aydın üçaylıq olarkən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. O gündən də Aydına mən baxıram, balamın ətrini ondan alıram. Atası hər zaman onu ziyarətə gəlir, əlindən gələni edir onun üçün. O da fəhlədir. Aydını Türkiyədə müayinəyə aparmaq üçün lazım olan məbləğin bir hissəsini də atası borc alıb gətirdi. Hazırda Aydının müalicəsi üçün 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 784-33-36
"Beynəlxalq Bank": 4127 2093 0092 0334
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- 19 yaşlı gənc qız atası üçün yardım istəyir: "Onsuz qalmaq istəmirəm"
- Nadir xəstəlikdən əziyyət çəkən 11 aylıq körpə təcili əməliyyat olunmalıdır
- 16 yaşlı yeniyetmə təcili əməliyyat olunmalıdır: Anası yardım diləyir
- Xərçəngdən əziyyət çəkən 16 yaşlı Pınar təcili əməliyyat olmalıdır
Rəylər