Efiopiyalı ekspertlər “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğramasına hava gəmisinin göyərtəsinin konstruksiya xüsusiyyətlərinin səbəb ola biləcəyini ehtimal edir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Qəza ilə bağlı müvafiq sənədin martın 10-da açıqlanacağı gözlənilir.
Nəşr qeyd edir ki, İndoneziya tərəfi də öz növbəsində təyyarənin qəzaya uğramasına onun konstruksiyasının, zəif texniki qulluğun və pilotların fəaliyyətinin səbəb ola biləcəyini düşünür.
Xatırladaq ki, 2018-ci ilin noyabrında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər həlak olub. 2019-cu ilin martında isə Efiopiyaya məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya düşməsi 157 nəfərin ölümünə səbəb olub.
Rəylər