"Yaxın Şərqdə vəziyyət region və onun hüdudlarından kənarda təhlükə yaratmaq üçün kritik həddə çatıb".
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Borrel, həmçinin vurğulayıb ki, o, tammiqyaslı müharibə riskindən qaçmaq üçün Qəzza zolağında çox ehtiyac duyulan atəşkəsə əlavə olaraq, Livan hakimiyyətinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin dərhal tətbiq edilməsi çağırışını dəstəkləyir.
Qeyd edək ki, "Hizbullah" hərəkatı Livandan İsrailə doğru 320-dən çox raket atıb.
The situation in the Middle East has reached a critical level of dangerosity, for the region and beyond.
— Josep Borrell Fontelles (@JosepBorrellF) August 25, 2024
I support Lebanon PM Mikati call for the immediate application of UNSCR 1701, in addition to the much-needed ceasefire in Gaza, to conjure the risk of a full blown war.
Rəylər