Çeçenistanda tikinti sahəsində partlayış baş verib. Hadisə nəticəsində beş nəfər ölüb, 26 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın "112" "Telegram" kanalı məlumat yayıb.
Partlayış İtum-Kali rayonunun Başin-Kali kəndində tikinti sahəsində baş verib.
İlkin məlumata görə, qaz balonları partlayıb. Hadisə yerində xilasedicilər işləyirlər.
Rəylər