“Çelsi” rəhbərliyi komandanın hazırkı baş məşqçisi Maurisio Poçettino istefaya göndəriləcəyi təqdirdə anlaşma imzalayacağı namizədləri müəyyənləşdirib.
Klub bu halda “Sportinq”ə başçılıq edən Ruben Amorimi və ya “Brayton”da çalışan Roberto De Zerbini transfer etməyə çalışacaq.
Məlumata görə, London klubunun rəhbərliyi argentinalı mütəxəssisin “Çelsi”dəki gələcəyi ilə bağlı cari mövsüm başa çatdıqdan sonra qərar verəcək.
Xatırladaq ki, Poçettino ötən ilin yayında “Çelsi”nin baş məşqçisi vəzifəsinə keçib. İngiltərə çempionatının 26 turundan sonra “mavilər” 36 xal toplayıb və hazırda 11-ci yeri tuturlar. Poçettinonun rəhbərliyi altında “Çelsi” Liqa Kubokunun finalına yüksəlsə də, “Liverpul”a 0:1 hesabı ilə uduzub.
Mənbə: “The Guardian”
Rəylər