Çexiyanın Pardubitse şəhərində stansiyada yük və sərnişin qatarının toqquşması nəticəsində dörd nəfər ölüb, 26 nəfər yaralanıb.
Qeyd olunub ki, toqquşma zamanı sərnişin qatarında 300-dən çox insan olub, onların çoxu əcnəbi olub. Yük qatarı kalsium karbid daşıyıb.
Hadisə yerinə 9 təcili tibbi yardım maşını, iki helikopter və 60-dan çox peşəkar və könüllü yanğınsöndürən göndərilib.
Birinci vaqonun deformasiyaya uğraması xilasetmə işlərini çətinləşdirib. Qəzanın səbəbləri araşdırılır.
Xatırladaq ki, Pardubitse həm də 1960-cı ildə Çexiyanın ən dəhşətli qatar qəzasının baş verdiyi yer olub, o zaman şəhərin şimalında iki sərnişin qatarının üz-üzə toqquşması nəticəsində 118 nəfər həlak olmuş, 100-ə yaxın adam yaralanmışdı.
Mənbə: Guardian