"OpenAI" tərəfindən təqdim edilən süni intellektə əsaslanan "SearchGPT" axtarış sistemi sınaq zamanı zəif nəticələr göstərib.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, istifadəçilər sistemin bir çox süni intellekt texnologiyaları üçün ümumi olan səhvlərə meyilli olduğunu aşkar ediblər. "The Atlantic"dən Matteo Vong avqust ayında Şimali Karolina ştatının Bun şəhərində keçirilən musiqi festivalları haqqında məlumat tələb edərək bunu sınaqdan keçirib.
Buna cavab olaraq axtarış motoru 29 iyul-16 avqust tarixlərində baş tutacağı ehtimal edilən "Appalachian" Yay Festivalı da daxil olmaqla tədbirlərin siyahısını qaytarıb. Əslində tədbir iyunun 29-dan iyulun 27-dək keçirilib.
İyul ayında "OpenAI" müvafiq mənbələrdən əldə edilən məlumatların qısa icmalını təmin etmək üçün süni intellektdən istifadə edən "SearchGPT" adlı axtarış sisteminin sınaq versiyasını təqdim edib.
Hələlik "SearchGPT" yalnız məhdud sayda testerlər üçün əlçatandır. Bununla belə, hər kəs xidmət əlçatan olan kimi onu əldə etmək üçün gözləmə siyahısına qoşula bilər.
Rəylər