Çilidə meşə yanğınları azı 10 nəfərin ölümü ilə nəticələnib. Daha 28 nəfər yanıq xəsarəti alıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, yanğın yeddi min hektardan çox ərazini əhatə edib. Yüksək temperatur və külək səbəbindən alovla mübarizə daha da çətinləşib.
Bu səbəbdən ölkə prezidenti Qabriel Boric Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib. Bəzi ərazilərdə sakinlərin təxliyəsinə başlanılıb.
Çilidə meşə yanğınları onlarla insanın ölümünə və yaralanmasına səbəb oldu - FOTO/VİDEO
Mənbə: TASS
Rəylər