Çilidə 7,3 maqnitudalı zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Qeyd olunub ki, Bakı vaxtı ilə 5:50 meydana gələn yeraltı təkanların episentri ölkənin şimalındakı San-Pedro-de-Atakama qəsəbəsindən 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub.
Sunami təhlükəsi yoxdur. Zəlzələ Boliviya, Paraqvay və Argentinada da hiss olunub.
İtkilər və dağıntı barədə məlumat yoxdur.
Rəylər