Türkiyənin Qara dəniz sahillərində zəlzələ baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.
Bildirilib ki, Zonquldak və Bartın sahillərində 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı yerin 9.33 kilometr dərinliyində yerləşib.
Digər tərəfdən, Avropa Seysmologiya Mərkəzi bu zəlzələnin gücünü 5.2 bal olaraq müəyyən edib.
Kandili Rəsədxanasının sosial media hesabında isə Qara dəniz bölgəsində 5.0 və 4.9 maqnitudalı ardıcıl iki zəlzələnin baş verdiyi bildirilib. Məlumata görə, 5.0 ballıq zəlzələnin dərinliyi 7.5 km, 4.9 ballıq zəlzələnin dərinliyi isə 13.7 km olaraq qeyd edilib.
Rəylər