Dağıstandan olan senator Süleyman Kərimov Dərbənddə terror aktı nəticəsində zədələnmiş sinaqoq və məbədin bərpası üçün vəsait ayıracaq.
Bu barədə jurnalistlərə respublikanın rəhbəri Sergey Melikov məlumat verib.
"Dərbənddəki kilsələrin bərpasına gəlincə, Süleyman Abusaidoviç Kərimov sinaqoqun və pravoslav kilsəsinin bərpası üçün büdcədənkənar fondlardan lazımi vəsait ayırmağa hazırdır", - deyən Məlikov senatorun qurbanların ailələrinə maddi yardım üçün də əlavə vəsait ayıracağını əlavə edib.
Mənbə: TASS
Rəylər