İyunun 25-də Mahaçqalanın mərkəzi Leninski rayonunda insident baş verməyib.
Bunu Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi bəyan edib.
"Bir şahiddən Universitet Meydanı ərazisində silahlı bir adam gördüyü xəbərini aldıq. Dərhal hadisə yerinə bir neçə polis dəstəsi göndərilib, ərazi mühasirəyə alınıb. Ətrafa hərtərəfli baxış keçirilib. Məlumat təsdiqini tapmayıb", - nazirlikdən bildirilib.
Mənbə: iz.ru
Mahaçqalada yenidən atəş səsləri eşidilir.
Məlumata görə, Dağıstan paytaxtının küçələrində çoxlu silah-sursatı olan təhlükəsizlik qüvvələri var. Onlar növbəti antiterror tədbirləri keçirirlər.
Bildirilib ki, Universitet meydanı artıq mühasirəyə alınıb.
Sakinlərdən evlərini tərk etməmələri xahiş olunub.
Qeyd edək ki, Dağıstanda ötən gün terror aktı baş verib.
Mənbə: TASS
Rəylər