Arıqlamaq üçün veqan pəhrizi Aralıq dənizi pəhrizindən daha yaxşıdır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Frontiers in Nutrition" nəşri məlumat yayıb.
Alimlər müəyyən ediblər ki, az yağlı veqan pəhrizinə riayət etmək iltihaba səbəb olan zərərli maddələrin səviyyəsini 73% azaldır. Bu maddələr bədənə qida, əsasən də heyvan mənşəli məhsullarla daxil ola bilər.
Yağlı qidaların istiliklə emalı da belə maddələrin əmələ gəlməsinə səbəb olur. Bu maddələrin artıqlığı sistematik iltihab, piylənmə, 2-ci tip diabet və ürək xəstəliyi riskinin artması ilə əlaqələndirilir.
Veqan pəhrizində olanlar 16 həftə ərzində orta hesabla 6 kiloqram arıqlayırlar.
Rəylər