Danimarka polisi ölkənin paytaxtı Kopenhagendə İsrail səfirliyinin yaxınlığında baş verən partlayışlarla əlaqədar üç nəfəri şübhəli şəxs qismində saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Danimarkanın hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan iki nəfər paytaxtın vağzalında, üçüncü şəxs isə Kopenhagendə küçədə saxlanılıb.
Danimarkada İsrail səfirliyinin yaxınlığında partlayışlar baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Reuters" xəbər verib.
"Kopenhagendəki İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib, xəsarət alanlar barədə məlumat daxil olmayıb", - deyə xəbərdə bildirilib.
O da vurğulanıb ki, Danimarka polisi partlayışlarla bağlı araşdırmaya başlayıb.
Rəylər