Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dilan Polatın “intihar zəngi” ilə bağlı vəkilindən açıqlama: “Ofisindən indicə çıxdım…”
Çirkli pulların yuyulmasına görə həbs edilən türkiyəli iş adamları Dilan Polat və Engin Polatın vəkili Osman Eryiğit Dilanın həbsxanada intihar etmək istədiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
İddialara dair açıqlama verən Osman Eryiğit Dilan Polatın intihar edəcəyi xəbərlərinin manipulyasiya olduğunu bildirib.
“Müvəkkilim Dilan Polatın ofisindən indicə çıxdım. Dilanın gücsüz və zəif olduğu, intihar edəcəyi ilə bağlı manipulyasiyalara inanmamağınızı tövsiyə edirəm. Bu gün qızı ilə görüşüb, vəziyyəti çox yaxşıdır, üzü gülürdü. Günahsız olduğunu bildiyini və bunun başa düşülməsini səbirlə gözlədiyini dedi”, - deyə vəkil qeyd edib.
“Dilan tamamilə fərqli bir insana çevrilib. Azadlığa çıxarsa, yaxınlarının çox fərqli bir Dilanla qarşılaşacağını düşünürəm. Məktublara görə hər kəsə təşəkkür etdi”, - deyə Osman Eryiğit əlavə edib.
Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə Mərmərə həbsxanasında saxlanılan Dilan Polatın Çorlu həbsxanasında cəza çəkən əri Engin Polatla telefonla danışdığı və danışıq zamanı ərinə intihar etmək istədiyini dediyi bildirilib.
Həmçinin Dilan Polatın bu sözlərindən vəkillərinin onu ziyarət etdikləri, eyni zamanda həbsxanada ehtiyat tədbirlərinin artırıldığı, daim müşahidə kameraları ilə izlənən Polatın yeməkxanadan aldığı hər şeyin yoxlamalardan keçirildiyi qeyd edilib.
Mənbə: Onedio.com
Rəylər