"İran nüvə proqramı ilə bağlı danışıqları yalnız milli maraqlar əsasında aparacaq, kənar təzyiq və şantajı qəbul etməyəcək".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşdən sonra deyib.
"İran heç vaxt sülhməramlı nüvə proqramı üzrə danışıqlar masasını tərk etməyib. Top Aİ-nin - Avropa üçlüyünün tərəfindədir. Biz öz milli maraqlarımıza və ayrılmaz hüquqlarımıza əsaslanaraq danışıqlar aparmağa razıyıq, lakin təzyiq və ya hədə-qorxu ilə danışıqlara hazır deyilik", - deyə Abbas Əraqçı özünün "X" hesabında yazıb.
İranlı nazir BAEA rəhbəri ilə görüşü "vacib və səmimi" adlandırıb, həmçinin bütün fikir ayrılıqlarını əməkdaşlıq və dialoq yolu ilə həll etməyə çağırıb.
Rəylər