Meşə yanğınları səbəbindən Kitonun tarixi mərkəzi tamamilə tüstüyə qərq olub. Bu səbəbdən Ekvador hökuməti paytaxtda fövqəladə vəziyyət elan edib.
Oxu.Az-ın "MİR 24"ə istinadən xəbər verir ki, qərar şəhərin hüdudları içində olan El-Panesillo təpəsi ətrafında meşə yanğınları başlayandan sonra verilib.
Bildirilir ki, alovların mühasirəsində olan Kitonun sakinləri təxliyə ediliblər.
Yanğınsöndürənlər yaxınlıqdakı yaşayış binalarının təhlükəsizliyini riskə atmamaq üçün alovla müxtəlif tərəflərdən mübarizə aparıblar. Artıq yanğının nəzarətə götürüldüyü vurğulanıb.
Rəylər