Həbsdə olan keçmiş vəkil Elman Paşayev Ukrayna-Rusiya müharibəsində iştirak edən səfərbər olunmuş məhbuslara 1.2 milyon rubl (22 min manat) qarşılığında arxa cəbhədə vaxtlarını keçirməyi təklif edib.
Oxu.Az-ın "Mash" "Telegram" kanalına istinadən xəbərin görə, bu barədə kanalın öz mənbəsi məlumat verib.
Məlumata görə, keçmiş vəkil 95-ci alayda xidmət edərkən məhkumlardan pul qazanıb. Belə ki, məhbuslardan birinin arvadının sözlərinə görə, mart ayında əri cəzasını çəkmək əvəzinə cəbhəyə getmək qərarına gəlib. Paşayev onu arxa cəbhədə alaya yerləşdirməyi təklif edib və bunun üçün 1.2 milyon rubl pul istəyib. Şübhə doğurmamaq üçün də ödənişin iki tranşa bölünməsini təklif edib. Qadın, demək olar ki, onun təklifinə razılaşıb, amma son anda imtina edib.
Mənbənin sözlərinə görə, Paşayevin təklifi ilə azı 5 nəfər razılaşıb ki, onlar məhkəməyə müraciət etməyi planlaşdırırlar.
İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği on milyonlarla rubl təşkil edir.