Estoniya sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaqlar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Avropa İttifaqının Belarusa qarşı tətbiq etdiyi sanksiyalara Belarus nömrəli avtomobillərin idxalına qadağa daxildir. Bu o deməkdir ki, Estoniya sərhəd-keçid məntəqələri vasitəsilə bu cür nəqliyyat vasitələrinin ölkəyə girişi qadağandır", - məlumatda deyilir.
Eyni zamanda, XİN qeyd edib ki, avtomobilin sahibi və ya istifadəçisinin Estoniyada və ya Avropa İttifaqında qalma səbəbləri heç bir əhəmiyyət kəsb etmir və nəzərə alınmır.
Belarus nömrəli nəqliyyat vasitəsi 5 gündən 12 aya qədər təkrar qeydiyyata alınmalıdır ki, bu da konkret vəziyyətdən asılıdır. Həmçinin altı ay ərzində gömrük orqanlarına bəyan edilməlidir.
Oxşar tədbirlər Litva tərəfindən də həyata keçirilib. Belarus avtomobillərinin ölkəyə girişinə qadağa iyulun 18-dən qüvvəyə minir.
Rəylər