ABŞ-də "Boeing" təyyarəsi ilə daha bir insident yaşanıb. Lakin pilotların ustalığı böyük bir faciənin qarşısını alıb.
Oxu.Az-ın "USA Today"ə istinadla məlumatına görə hadisə Floridada baş verib.
Bildirilib ki, "American Airlines" şirkətinə məxsus təyyarə Tampadan Finiksə uçmağa hazırlaşıb. Ancaq uçuş-eniş zolağında "Boeing 737"nin təkəri partlayıb və yanmağa başlayıb. Pilotların cəld və çevik reaksiyası - vaxtında əyləci basmaları 180 nəfərin həyatını xilas edə bilib. 174 sərnişin və altı ekipaj üzvü də daxil olmaqla, göyərtədəkilərin hamısı təhlükəsiz şəkildə təyyarədən çıxarılıb və avtobuslarla terminala qaytarılıb.
Qeyd edək ki, bu, "Boeing"lə bağlı ilk belə hadisə deyil. Bu təyyarələrin bundan əvvəl də dəfələrlə təkərləri düşüb, havada olarkən füzelyajında və motorunda problemlər yaranıb. Bir neçə gün öncə isə şirkət yüzlərlə sərnişinin ölümündə təqsirini etiraf edib.
telegram.org
Rəylər