"Respublika Naminə Birgə" prezident koalisiyasından və "Yeni Xalq Cəbhəsi" solçu blokundan deputatlığa namizədlər sağçı Milli Birlik partiyasının səs çoxluğu əldə etməməsi üçün namizədliklərini geri götürüblər.
Qeyd olunur ki, 185 namizəd seçkidən imtina edib. Solçuların 121, prezident koalisiyasının 60 və digər partiyaların dörd namizədi ikinci turda iştirakdan imtina edib.
İyulun 2-si saat 18:00-dək partiyalar ikinci turda namizədlərinin yekun siyahılarını təqdim etməlidirlər.
Sağçı Milli Birlik partiyasının rəhbəri Jordan Bardella Fransada keçirilən parlament seçkisində səsvermənin nəticələrini ölkə vətəndaşlarının əksəriyyətinin nə istədiyi ilə bağlı qəti qərar adlandırıb.
Mənbə: Le Monde
Rəylər