İyulun 28-də alimlər Günəşdə "M" sinfinə aid səkkiz güclü partlayış qeydə alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Birinci partlayış (M7.9) Bakı vaxtı ilə saat 06:51-də, sonuncu (M1.7) isə Bakı vaxtı ilə saat 19:22-də baş verib. Partlayışlar müxtəlif günəş ləkələri qruplarında qeydə alınıb.
Alimlər Bakı vaxtı ilə saat 06:57-də "X" sinfinə yaxın olan ən güclü partlayış qeydə alıblar.
"Rentgen diapazonunda, 3766 (S07E10) günəş ləkələri qrupunda 8 dəqiqə davam edən M9.9 partlayışı qeydə alınıb", - məlumatda bildirilir.
Bundan əlavə, silsilə partlayışlardan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi beş indikator şkalasında R2-yə (orta) yüksəlib. Burada ən yüksək səviyyə R5 (ekstremal) təşkil edir. Kosmik hava monitorinqinə əsasən, dörd partlayış (M1.6, M9.9, M7.9, M7.8) qısa dalğalı radio rabitəsinin pozulması ilə müşayiət olunub.
Rəylər