Gürcüstan parlamenti ikinci oxunuşda "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanun layihələri paketini - konstitusiya qanunu layihəsini və ölkədə LGBT təbliğatını qadağan edən 17 qanuna düzəlişləri qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Yeni qanun layihəsinə əsasən, eynicinslilərin nikahları, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-lərin təhsil müəssisələrində və mediada təbliği və populyarlaşdırılması, LGBT-lərin populyarlaşdırılması üçün manifestasiyalar və buna oxşar digər hərəkətlər qadağandır.
Rəylər