Bir ilə yaxındır qaldığı həbsxanadan azadlığa buraxılan məşhur türkiyəli fenomen Dilan Polatdan sonra əri Engin Polatın da azad olunub-olunmayacağı müzakirə mövzusu olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Polat cütlüyünün vəkili Vahit Kaya "Haberler.com" "YouTube" kanalında açıqlama verib.
"Əsas məhkəmə sentyabrın 4-də Anadolu 2-ci İnstansiya Cəza Məhkəməsində baş tutacaq. Üç gün dalbadal məhkəmə prosesi keçiriləcək. Engin Polatın da azadlığa çıxması ehtimalı var. Etirazlarımız davam edir. Məhkəmənin baş hakimi məzuniyyətdədir, işə növbətçi hakim baxır. İlk məhkəmədə Engin Polat, Enginin atası Sezgin Polat və qardaşı Alper Kürşat Polat da azadlığa buraxılmalıdırlar. Çünki gələn hesabatlar bunu göstərir", - deyə Vahit Kaya bildirib.
Qeyd edək ki, "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək", "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması", "Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili haqqında qanunun pozulması" maddələri üzrə açılmış cinayət işi çərçivəsində saxlanılan və 40 il həbs cəzası alan Dilan Polat azadlığa buraxılıb. Doqquz ay həbsdə yatan fenomen həbssiz mühakimə olunacaq.
Həmçinin ötən gecə həbsxanadan çıxan Dilan Polat bu səhər əri Engin Polatı ziyarət etmək üçün Silivriyə gedib.
Həbsdən çıxan Dilan Polat ərinin görüşünə getdi: Engin Polat da azadlığa buraxılır?
Rəylər