Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılığa gəlmək üçün İsrail və HƏMAS vasitəçiləri arasında danışıqların yeni mərhələsi başlayıb.
Oxu.Az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, artıq danışıqlarla əlaqədar HƏMAS tərəfindən ilkin açıqlama da verilib.
Belə ki, HƏMAS siyasi bürosunun idarə heyəti müharibəni dayandırmaq və girovları azad etmək məqsədilə İsraillə razılaşmaya açıq olduğunu bəyan edib.
Məlumat üçün qeyd edək ki, bu, iki aydan çox davam edən fasilədən sonra baş tutan ilk danışıqlardır.
İclasda ABŞ və Qətərin yüksəksəviyyəli nümayəndələri də iştirak edirlər.
Rəylər