Hindistanın şimal-qərbində sərnişin avtobusunun drenaj borusuna çırpılması nəticəsində 12 nəfər ölüb, 36 nəfər yaralanıb.
Oxu.Az "ZeeNews" telekanalının məlumatına istinadən xəbər verir ki, hadisə Racastan ştatının Sikar dairəsində baş verib. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hindistanın Baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə başsağlığı verib.
Rəylər