Livanın cənubunda ələ keçirilən "Hizbullah"a məxsus raket qurğusu quraşdırılmış pikap İsrail ordusunun ölkədəki xüsusi dayanacağından oğurlanıb.
Bu barədə Oxu.Az "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, küçələrlə sakitcə hərəkət edən şübhəli avtomobili yerli sakinlər görüblər və polisə müraciət ediblər.
"Polisdən bildirilib ki, İsrailin şimalında SAXAL-ın (İsrail Müdafiə Ordusu) bazasından yük maşınında ələ keçirilən "Hizbullah"ın raket qurğusunu oğurladıqlarına görə iki nəfər həbs edilib", - deyə qəzet yazıb.
Həmçinin yük maşınının İsrail əsgərləri tərəfindən oğurlandığı barədə də məlumatlar var. Onlar maşını gizlətməyə çalışdıqları bir zamanda, polisə üzərində raket qurğusu olan şübhəli pikap barədə xəbər daxil olub.
Rəylər