Livanın "Hizbullah" hərəkatının baş katibi Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər yayıb.
Bildirilir ki, əvvəllər Zeynəb Nəsrullah öz açıq bəyanatlarında dəfələrlə "Hizbullah"ın məqsədlərinə sədaqətindən danışıb.
"Qardaşım Hadi şəhid olanda valideynlərim bir damla da göz yaşı tökmədilər", - deyə o, 2022-ci ildə "Al Manar" telekanalına verdiyi müsahibədə deyib.
Qeyd edək ki, "Hizbullah" liderinin böyük oğlu Hadi hərəkatın döyüş qanadının üzvü olub və 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə öldürülüb.
"Azad İran" "Telegram" kanalı isə İran mediasına istinadla xəbər verib ki, hücum zamanı Həsən Nəsrullahın qızı ilə yanaşı, xanımı da həlak olub.
Rəylər