Hollivud ulduzu Mila Kunis Los-Ancelesdə "İlin atası" filminin premyerasına qatılıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, son zamanlar Mila Kunis ictimai tədbirlərə çox az qatılır, onun görünməsi əsl sensasiya yaradıb.
Yeni filmdə Mila baş rolu oynayıb. Premyerada onu həmkarı Maykl Kiton müşayiət edib.
Ulduz Brandon Maksvellin payız-qış kolleksiyasından dəbli qar kimi ağ asimmetrik libasda mərasimə gəlib.
"İlin atası" filmində Mila Kunis zəngin iş adamı Endinin qızı Qreys rolunu canlandırıb. Sahibkarın gənc həyat yoldaşı bir neçə aydır ki, ondan ayrılıb. Ona görə də kişi kiçik əkizlərinə dayə olmağa razılıq verəcəyi ümidi ilə kömək üçün Qreysə müraciət edir.
Xatırladaq ki, Mila Kunis Ukraynada yəhudi ailəsində dünyaya gəlib.
Rəylər