"Yəmənin husi "Ənsar Allah" qiyamçı hərəkatının qüvvələrinin hücumuna məruz qalan Ukraynaya məxsus "Verbena" gəmisi Ədən körfəzində batıb".
Bu barədə husi ordusunun hərbi nümayəndəsi Yəhya Saria bildirib.
"Fələstinin limanlarına keçid qadağasını pozduğu üçün hücuma məruz qalan "Verbena" gəmisi bir neçə raketlə vurulduqdan sonra Ədən körfəzində batıb. Pilotsuz qayıqla yanaşı, bir neçə ballistik raketin və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan "Tutor" gəmisi yaxın bir neçə saat ərzində batmaq təhlükəsi ilə üz-üzədir", - deyə hərəkatın nümayəndəsi "X" hesabında yazıb.
Mənbə: TASS