Livanda "Hizbullah"ın komandiri Adel Ahmar öldürülüb.
Oxu.Az-ın newsru.co.il portalına istinadla verdiyi məlumata görə, o, Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri husilərə baş hərbi məsləhətçi olub.
Bildirilir ki, "Hizbullah" hərəkatı Ahmarın ölümünü təsdiqləyib.
Onun İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürüldüyü vurğulanıb.