ABŞ və Böyük Britaniya husilərin qiyamçı "Ənsar Allah" hərəkatının nəzarətində olan Səna və Hudeydə şəhərlərinə bir sıra hava zərbələri endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, koalisiya qüvvələri Sənada bir neçə obyektə hücum edib və Qırmızı Dənizdə yerləşən Hudeyda şəhərinin qərb hissəsində yerləşən Əl-Kutib bölgəsinə azı dörd zərbə endirib. Həmçinin, "Al Mayadeen" telekanalı da Yəmənin paytaxtında partlayışlar barədə məlumat yayıb. Hücumun nəticələri, o cümlədən mümkün itkilər və qurbanlar barədə məlumat verilmir.
ABŞ və Böyük Britaniya Səna və Hudeyda şəhərlərinə bir sıra hava zərbələri endiriblər
Rəylər