İran raketlərinin İran ərazisinə düşməsinin yeni görüntüləri ortaya çıxıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilib ki, İsrailə zərbə üçün nəzərdə tutulan bir neçə raket Şiraz bölgəsində buraxılış yerindən cəmi beş kilometr məsafədə yerə düşüb.
Xatırladaq ki, oktyabrın 1-də İrandan HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə onlarla raket atılıb.
Dünən mediada İranın İsrailə doğru atdığı raketlərdən birinin Güney Azərbaycanın Zəncan əyalətində bir kəndin ərazisinə düşməsinin görüntüləri yayılmışdı.
Rəylər