İranın cənubunda yerləşən hava limanında dəhşətli hadisə baş verib. Belə ki, mexanik "Boeing" təyyarəsinin texniki xidməti zamanı işləyən mühərrikə yaxınlaşarkən faciəli şəkildə həyatını itirib.
Hadisə Çabahar-Konarak hava limanında baş verib.
Məlumata görə, faciə baş verəndə sərnişinlər Tehrandan gələn təyyarəni artıq tərk etmişdilər. Texniki yoxlama məqsədilə təyyarənin sağ tərəfindəki mühərrik işə salınıb. Mexanik mühərrikin içərisində alətini unutduğunu düşünüb və onu götürmək üçün işləyən mühərrikə yaxınlaşıb. Bu zaman mühərrik onu içəri çəkib.
Hadisə yerinə gələn yanğınsöndürənlər mexanikin qalıqlarını aşkarlayıblar. Qeyd olunur ki, mühərrikin ətrafında təhlükəsizlik zonası yaradılıb, lakin mexanik buna məhəl vermədən işləyən mühərrikə yaxınlaşıb.
Mənbə: Kp.ru
Rəylər