İndoneziyanın Papua əyalətində "Trigana" aviaşirkətinə məxsus "ATR-42" tipli sərnişin təyyarəsi uçuş zolağından çıxaraq sürüklənib. Hadisə nəticəsində sərnişinlər xəsarət alıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilir ki, təyyarənin pilotları idarəetməni itiriblər.
Şirkətin rəsmisi Lalu Yuniza hadisə ilə bağlı açıqlamasında bildirib ki, təyyarə təxminən 20 metr sürüklənib.
"Təyyarənin necə və nə üçün sürükləndiyinə dair pilotdan hələ də məlumat gözləyirik", - deyə Yuniza qeyd edib.
Yuniza, həmçinin qeyd edib ki, hadisə nəticəsində təyyarə böyük zərər görüb.
İndoneziyada təyyarə qəzasından görüntülər
Rəylər