Böyük Britaniya, Kanada, Ukrayna və İsveç 2020-ci ilin yanvarında Tehran (İran) səmasında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Haaqa Beynəlxalq Məhkəməsində İrana qarşı iddia qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard məlumat verib.
"Biz beynəlxalq hüquq çərçivəsində təyyarənin vurulmasına görə İranın məsuliyyət daşımasını və həlak olanların yaxınlarına təzminat ödənilməsini tələb edirik" , - o bildirib.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 Tehran-Kiyev reysi ilə uçan "Boeing 737-800" təyyarəsi 2020-ci il yanvarın 8-də İran paytaxtının hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları olublar. Həmin il yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan "Boeing"i səhvən vurduqlarını və təyyarəni düşmən hədəfi kimi qəbul etdiklərini bildirdilər.
Rəylər