Rusiyanın Moskva vilayətində iki nəfərin həyatını itirdiyi yüngülmühərrikli təyyarənin qəzaya uğraması ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, sınaq uçuşu zamanı qəzaya uğrayan, pilot və yanındakı digər şəxsin həyatını itirdiyi "An-2" təyyarəsi, bəzi mənbələrə görə, bir nüsxədə mövcud olan "Aleks-251" amfibiya təyyarəsi olub. Bu ad onun göyərtəsində də göstərilib.
İddia edilir ki, təyyarənin havaya qalxması təsadüfən baş verib - ekipaj mühərrikin yoxlanmasını həyata keçirərkən onun yerdən aralanmasına yol açıb. Təyyarə havaya qalxdıqdan demək olar ki, dərhal sonra yerə düşüb.
Həmçinin bildirilir ki, "Aleks-152" təyyarəsini işdən çıxarılan SSJ-100 sınaq pilotu idarə edib.
Aleksandr İvanov adlı pilot 1-ci dərəcəli sınaqçı olub və təkcə perspektiv mülki modeli deyil, həm də hərbi "MiQ" və "SU"nu sınaqdan keçirib. Onun əfsanəvi "Tu-134", "Yak-40" və onlarla başqa təyyarələrdə işləmək təcrübəsi olub. Pilotun 3500 uçuş saatı olub və 1000-dən çox sınaq həyata keçirib.
İlkin məlumata görə, şirkətin direktoru Aleksey Tansırev və Aleksandr İvanov "Aleks-152" amfibiyasının iş qabiliyyətini yoxlamaq üçün Vatulinoya gediblər, lakin nəsə yolunda getməyib. Aerodromun uçuş-enmə zolağından 250 metr aralıda təyyarə düşüb, İvanov və Tansırev hadisə yerində ölüblər.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.
Rusiyanın Moskva vilayətində "An-2" təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin fövqəladə hallar xidmətlərindən məlumat verilib.
Qəza Vatulino kəndi yaxınlığındakı aerodrom ərazisində baş verib. Təyyarənin göyərtəsində pilot və onun köməkçisindən ibarət ekipaj olub və ilkin məlumatlara görə, hər ikisi həyatını itirib.
Bildirilib ki, təyyarə yerli paraşüt klubu tərəfindən istifadə edilirmiş və qəzaya mühərrikdəki nasazlıq səbəb olub.
Qeyd edilib ki, təyyarənin ekipajı uzunmüddətli təmirdən sonra sınaq uçuşu həyata keçirirmiş.
Rəylər