ABŞ-nin Pensilvaniya ştatında iki yüngülmühərrikli təyyarə toqquşub.
Oxu.Az-ın "Associated Press"ə istinadla məlumatına görə, hadisə Bakinhem şəhərinin aeroportunda baş verib.
Bildirilir ki, qəza zamanı hava gəmilərində ümumilikdə üç nəfər olub. Onlardan ikisi xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Qəzanın necə baş verdiyi barədə məlumatlar ziddiyyətlidir. Belə ki, təyyarənin havaya qalxmağa macal tapdığı və boş təyyarəyə uçuş-enmə zolağından kənara çıxdıqdan sonra çırpıldığı bildirilib, lakin sosial şəbəkələrdə dərc olunan görüntülər bunu təkzib edir.
Hadisənin səbəbləri barədə araşdırmalar davam edir.
Pensilvaniya aeroportunda toqquşma: İki təyyarə uçuş-enmə zolağını bölüşə bilmədi
Rəylər