İranın şərqində Əfqanıstanla sərhəd yaxınlığında 4.5 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə iyulun 21-də Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmoloji hadisənin mənbəyi 35 kilometr dərinlikdə olub.
EMSC-nin məlumatına görə, yeraltı təkanların episentri İranın təxminən 196 min nəfər əhalisi olan Bircənd şəhərindən 131 kilometr şimal-şərqdə yerləşib.
Rəylər